lider-media.az

"Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Baxış: 189 Tarix: 17-04-2025, 16:53

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331) aşağıdakı dəyişikliklər edilsin:

1. 52-ci maddənin 4-cü hissəsində “Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekoloji” sözləri “Ekoloji” sözü ilə əvəz edilsin.

2. 57-ci maddə üzrə:

2.1. adında “Dövlət ekoloji ekspertizasının” sözləri “Ekoloji ekspertiza” sözləri ilə əvəz edilsin;

2.2. 6-cı hissədə “Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert” sözləri “Ekoloji ekspertiza” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi