lider-media.az

Ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb VİDEO

Baxış: 364 Tarix: 17-04-2025, 15:05

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb. 

Hazırda avtomobil yolunun sözügedən hissəsində sel kütləsindən qalan lil və palçığın təmizlənməsi işləri aparılır.

Xatırladaq ki, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolmuşdu.  

Yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşmışdı. 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi