lider-media.az

Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 1000-ə yaxın uşağa sosial xidmətlər göstərilir

Baxış: 390 Tarix: 17-04-2025, 13:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 983 uşağa sosial xidmətlər göstərilir. Onlardan 676 nəfəri stasionar, 307 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunur.

Bu xidmətlərə Agentliyin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri və uşaq evlərində, Sosial Xidmət Mərkəzlərində və digər müəssisələrdə göstərilən xidmətlər daxildir.

Müasir yaşayış və reabilitasiya şəraitinə malik olan həmin müəssisələrdə uşaqlarla bağlı fərdi inkişaf planı tərtib edilir, onlarla sosial iş aparılır və sosial dəstək tədbirlərinə cəlb edilirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi