Ekoloji Bilik Günü ilə əlaqədar İdrak liseyinin şagirdləri “ETSN-də bir gün” layihəsinin qonağı olub
Uşaqların ətraf mühitin mühafizəsi sahəsinə maraq və məlumatlılığını artırmaq, gənc nəsli təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək məqsədilə İdrak liseyinin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olaraq Nazirliyin fəaliyyət sahələri ilə tanış olmaq imkanı əldə ediblər. Şagirdlərə öncə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov tərəfindən ətraf mühitin qorunmasında rəqəmsal texnologiyaların rolu, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.