lider-media.az

BDYPİ-dən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına mühüm xəbərdərlıq !

Baxış: 58 Tarix: 16-04-2025, 20:11

Ölkə ərazisində gün ərzində müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində bəzi yol sahələrində su yığılması, yol örtüyünün sürüşkən hala gəlməsi, yol çökməsi, eləcə də görünüş məsafəsinin azalması halları qeydə alınır. Xüsusilə gecə saatlarında bu cür hava və yol şəraiti hərəkətdə ciddi çətinliklərə səbəb olur, qəza riskini artırır.

Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət tədbirlərini gücləndirib, zəruri bütün tədbirlərin görülməsi davam etdirilir. Lakin hava şəraitindən irəli gələn risklərin tam qarşısının alınması mümkün olmadığından, sürücülərdən hava və yol şəraitini nəzərə almaları, avtomobili ehtiyatla idarə etmələri, təhlükəsizlik qaydalarına ciddi əməl etmələri, sel, sürüşmə və uçqun təhlükəsi olan ərazilərdən mümkün qədər uzaq durmaları xahiş olunur.

Piyadalardan da bu hava şəraitində daha diqqətli olmaları, yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etmələri tələb olunur.

Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlardan zərurət olmadıqca axşam və gecə saatlarında şəxsi nəqliyyat vasitələri ilə yola çıxmamaları tövsiyə edilir.

Yollarda təhlükəsizliyin qorunması üçün hər birinizdən diqqətli və məsuliyyətli davranmağınız bir daha xahiş olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi