lider-media.az

Gürcüstan Prezidenti  Mixeil Kavelaşvili:"Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil.

Baxış: 138 Tarix: 16-04-2025, 16:39

"Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm.

Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək. Hörmətli həmkarım, cənab Prezident, səmimi qonaqpərvərliyinizə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qəbul etmək şərəfinə nail olacağam". Bu barədə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi