lider-media.az

Məişət zorakılığından zərər çəkmiş 230 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib

Baxış: 252 Tarix: 15-04-2025, 16:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin ilk rübündə məişət zorakılığından zərər çəkmiş 21 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. 

Həmin şəxslər Agentliyin müvafiq müəssisəsində yerləşən, 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində reabilitasiya xidmətləri ilə əhatə olunublar.  

Şöbədə ötən dövrdə 230 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Bu şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbədə sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi