lider-media.az

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ağacəkmə aksiyaları davam edir

Baxış: 296 Tarix: 15-04-2025, 15:21

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Hesablama Palatasının, Bank Avrasiyanın əməkdaşlarının, Azərbaycan-Fransız Universitetinin və ADA Universitetinin tələbələrinin, şagirdlərin və ekokönüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyaları keçirilib. Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq sahələrinin artırılması ilə ekoloji tarazlığın qorunmasını təmin etmək, eyni zamanda ictimaiyyət, xüsusilə də gənclər arasında təbiətə qayğı və ekoloji məsuliyyət hissini gücləndirməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi