lider-media.az

Bu gün Ekoloji Biliklər Günüdür

Baxış: 417 Tarix: 15-04-2025, 15:18

Davamlı inkişafa nail olmaqda ekoloji təhsilin mühüm rolunu vurğulamaq, təbiətə qarşı məsuliyyətli yanaşmanı təşviq etmək, mövcud ekoloji problemlər, ətraf mühitin vəziyyəti haqqında əhalini məlumatlandırmaq məqsədilə hər il 15 aprel tarixi Ekoloji Biliklər Günü kimi qeyd olunur.

1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransı (Rio Sammiti) dünyanın ekoloji problemlərinə qlobal diqqətin yönəldilməsində dönüş nöqtəsi olmuşdur. Məhz bu konfransdan sonra bir çox ölkələrdə davamlı inkişaf və ekoloji maarifləndirmə istiqamətində mühüm addımlar atılmışdır.
Bu əlamətdar gün ekoloji savadlılığın artırılması, ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Təbiət bizə əmanətdir!
Davamlı inkişaf, sağlam həyat və yaşıl gələcək üçün ekoloji maarifləndirməyə önəm verək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi