lider-media.az

Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib

Baxış: 125 Tarix: 14-04-2025, 19:03

  Cari ilin 14 aprel tarixində Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi şəhər prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər,  Ağdam, Cəbrayıl, Füzuli,  Xocalı, Xocavənd, Kəlbəcər,  Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. 

  Müşavirədə işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti  və əhalinin hüquqlarının müdafiəsi məsələləri ətraflı müzakirə olunub.

  Baş prokuror çıxışında həmçinin, işğaldan azad edilmiş ərazilərdə qanunun aliliyinin tam şəkildə təmin olunması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb. 

  Kamran Əliyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə hüquq-mühafizə sisteminin fəaliyyəti dövlətin suverenliyinin və hüquqi təsisatlarının real təcəssümüdür.

  Müşavirə çərçivəsində xüsusi vurğulanan məsələlərdən biri də yerli əhali ilə qarşılıqlı etimada əsaslanan hüquq münasibətlərinin qurulması və cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi