lider-media.az

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim keçirilib

Baxış: 359 Tarix: 12-04-2025, 10:50

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində “Həmkarlar İttifaqları və əmək qanunvericiliyi: əsas istiqamətləri, problemləri, perspektivləri” mövzusunda təlim programı başa çatıb.
7-11 aprel 2025-ci il tarixlərində təşkil edilən təlimlərin məqsədi həmkarlar ittifaqı üzvlərinin əmək qanunvericiliyi, idarəetmə prinsipləri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
İştirakçılar Əmək Məcəlləsi, əmək hüquqları, əmək müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi qaydaları, eləcə  də bu sahədə həmkarlar ittifaqlarının rolu ilə bağlı ətraflı məlumatlandırılıblar.
Təlimlər iştirakçıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bilik və bacarıqlarının artırılmasına, eləcə də əmək münasibətlərinin tənzimlənməsi sahəsində effektiv yanaşmaların tətbiqinə və həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəli təşkilinə töhfə verəcəkdir.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi