lider-media.az

Şirvan şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir

Baxış: 85 Tarix: 11-04-2025, 20:58

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafail Nəsirov, “Şirvan Gənclər evi” SXM-nin direktoru Əfqan Həsənov, Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Rufina Vəliyeva və hüquqşunas Valeh Vahidov dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanunun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlandığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözlədiyini, dövlətimiz və xalqımızın bugün də tarixi nailiyyətlərə imza atmaqda davam etdiyini bildiriblər. Azərbaycan Konstitusiyasının vətəndaşların gündəlik həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolu barədə, vətəndaşların konstitusiya ilə təsbit edilən hüquq və vəzifələri haqqında tədbir iştirakçılarını ətraflı məlumat verilib.

Tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi