lider-media.az

Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib YENİLƏNİB VİDEO

Baxış: 276 Tarix: 11-04-2025, 15:02

Antalya, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.

Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.

Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi