lider-media.az

Tələbələr Şahdağ Milli Parkının Quba bölməsinə ekskursiya edib

Baxış: 251 Tarix: 11-04-2025, 16:04

5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbə və pedaqoji heyətinin iştirakı ilə Şahdağ Milli Parkının Quba bölməsinə ekskursiya təşkil olunub.

İştirakçılar Quba-Alıc-Əliçapan və Quba-Xanəgah ekoturizm marşrutları boyunca milli parkın əsrarəngiz təbiəti ilə tanış olub, ekosistemin qorunması, ətraf mühitə məsuliyyətli yanaşmanın əhəmiyyəti barədə məlumatlandırılıblar.

Tədbirin məqsədi təbiətə olan sevginin aşılanması, gənc nəsildə ekoloji şüurun gücləndirilməsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi