lider-media.az

“Məşğulluğa Dəstək layihəsi” çərçivəsində Şamaxıda benefisiarlarla görüş və ictimai dinləmə keçirilib

Baxış: 134 Tarix: 11-04-2025, 14:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dünya Bankının monitorinq missiyası Şamaxı rayonunda layihənin bir qrup benefisiarı ilə görüşüb.

Layihə İcra Qrupu əməkdaşlarının iştirak etdiyi görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılmış, kiçik bizneslərin inkişaf etdirilməsinə dair benefisiarlara müvafiq tövsiyyələr verilib. 

Daha sonra, məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədilə Şamaxı şəhərində  ictimai dinləmə də keçirilib. 

İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirakı ilə baş tutan tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə ətraflı məlumat verilib. Layihənin  icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb. 

Layihə çərçivəsində öz bizneslərini qurmuş benefisiarların uğur hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.  

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi