lider-media.az

Anar: “AMEA-da görülən işlər ölkəmizin inkişafına öz töhfəsini verəcək”

Baxış: 265 Tarix: 11-04-2025, 14:19

Tədbir çərçivəsində təşkil olunmuş Elmi nailiyyətlər sərgisi yalnız müstəqil ölkədə və tarixi Zəfər qazanmış millətin elmi sərgisi ola bilər. Bu sözləri Akademiyanın Elm Gününə həsr olunmuş tədbiri zamanı çıxışında Elm Gününün fəxri qonağı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib. O, Azərbaycan alimlərini Elm Günü münasibəti ilə ürəkdən təbrik edib, yeni uğurlar, zirvələr arzulayıb.Bu əlamətdar bayram çərçivəsində, həmçinin onun imza saatının, əsərlərindən ibarət sərginin təşkilinə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib.

Hazırda dərin tədqiqatların aparıldığı Qərbi Azərbaycan, Türk dünyası və digər prioritet sahələrin araşdırılmasının yalnız müstəqil ölkədə mümkün olduğunu vurğulayan Xalq yazıçısı müxtəlif dövrlərdə mövcud olan fərqlər haqqında bəhs edib, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-da bu istiqamətlərdə görülən işlərin ölkəmizin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi