lider-media.az

Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

Baxış: 414 Tarix: 11-04-2025, 14:17

eli-esedov-qeterin-medeniyyet-naziri-ile-gorusdu

Bu gün Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.Görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Dünən Bakı şəhərində açılan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunulub, tədbirin Qətər xalqının zəngin mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq üçün Bakı sakinləri və paytaxt qonaqlarına gözəl fürsət yaratdığı diqqətə çatdırılıb.

Eyni zamanda 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlanıb. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə Azərbaycanla Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi