lider-media.az

Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb

Baxış: 187 Tarix: 10-04-2025, 20:07

Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb


Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumatda bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkənin qarşılıqlı faydalı əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov da iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi