lider-media.az

Aprelin 10-u saat 18:00-a olan faktiki hava

Baxış: 148 Tarix: 10-04-2025, 20:00

Aprelin 10-u saat 18:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin aprelin 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Belə ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Salyan, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Naftalan, Ceyrançöl, Ağstafa, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl və Gəncədə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Kəlbəcərdə 22 m/s, Sabirabadda 19 m/s, Şahbuzda 17 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.

 Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Şəki, Balakən, Qəbələ, Şamaxı, Altıağac, Qrız və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi