lider-media.az

Sarıcalı kəndinə növbəti köç karvanı çatıb

Baxış: 382 Tarix: 10-04-2025, 14:38

Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb və açarlar təqdim edilib Bu mərhələdə Sarıcalı kəndinə 39 ailə - 153 nəfər köçürülüb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatıb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi