Hava limanından verilən məlumatda bildirilib ki, mükafat Madrid şəhərində keçirilən “Passenger Terminal Expo 2025” sərgisi çərçivəsində təqdim olunub.
“Skytrax World Airport Awards” dünya üzrə sərnişinlər arasında müstəqil sorğulara əsaslanan aviasiya sənayesində beynəlxalq səviyyədə tanınmış mükəmməllik standartıdır. Qaliblər sərnişin rahatlığı, xidmətin səmərəliliyi, infrastruktur və innovasiyalar kimi əsas meyarlar üzrə müəyyən olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl səkkizinci il bu mükafata layiq görülməsi hava limanının yüksək xidmət standartlarını və regional liderliyinin davamlılığını bir daha təsdiqləyir.
“Bu nailiyyət milyonlarla sərnişinin etimadının və komandamızın peşəkarlığının bariz göstəricisidir. Biz Heydər Əliyev Beynəlxalq Aeroportunun regionda qabaqcıl təcrübə nümunəsi olaraq qalması, müasir texnologiyaların tətbiqi və dünyanın hər yerindən gələn səyahətçilər üçün komfortlu şərait yaradılması üçün səylə çalışmaqda davam edirik”, - deyə aeroportun direktoru Teymur Həsənov qeyd edib.
“Skytrax”ın baş icraçı direktoru Edvard Pleysted isə bildirib: “Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi sərnişinlərin hava limanına olan etibarının və məmnuniyyətinin aydın göstəricisidir. Bu uğurun dəfələrlə təkrarlanması əlamətdar nailiyyətdir və hava limanı səyahətinin bütün aspektləri üzrə davamlı mükəmməlliyi əks etdirir".
Heydər Əliyev Beynəlxalq Aeroportu rəqəmsal transformasiya, proseslərin avtomatlaşdırılması və infrastrukturun modernləşdirilməsinə üstünlük verməkdə davam edir - bu, onun innovasiya və sərnişin məmnunluğu mərkəzi kimi tanınmasına töhfə verən əsas sütunlardır.
Bu nüfuzlu mükafat hava limanının Mərkəzi Asiya və MDB məkanında əsas aviasiya qovşağı kimi rolunu vurğulamaqla yanaşı, həm də aviasiya sənayesində ən yüksək qlobal standartları dəstəkləmək öhdəliyini nümayiş etdirir.


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb