Azərbaycan Tibb Universitetinin professoru, tanınmış plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Vaqif Qələndər dünya tibb elmi və təhsili sahəsində göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) həqiqi üzvü seçilib. Akademiyanın qərarına əsasən, V.Qələndər “Qızıl ulduz” medalı ilə də təltif edilib.
Bundan əlavə, TDABEA-nın rəsmi tövsiyəsi ilə İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Mükafat Komitəsi tərəfindən professor V.Qələndərə “1-ci dərəcəli Hippokrat ordeni” təqdim olunub.
Məlumat üçün bildirək ki, ABŞ-ın Florida Universitetində Rui Fernandesin müəllifi olduğu “Local and Regional Flaps in Head Neck Reconstruction” dərsliyində professor Vaqif Qələndərin “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsulu “Vaqif Qələndər metodikası” kimi yer alıb və tədris olunur. Bu istiqamətdə bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olan V.Qələndərin 6 yeni cərrahiyyə metodu, 78 elmi əsəri xarici ölkə jurnallarında və beynəlxalq konfrans materiallarında nəşr edilib.

Qeyd edək ki, professor xaricdə bir çox elmi konfranslarda məruzəçi kimi iştirak edib, ölkəmizdə isə 3 dəfə Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə konfranslarına qatılıb. O, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri olmaqla, həm də Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə Konfederasiyasının idarə heyətinin üzvü, Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosiasiyasının milli katibidir.


Prezident İlham Əliyev Fərman imzaladı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim
AMEA Rəyasət Heyətinin iclası keçirilib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb