lider-media.az

Nazirliyin e-xidmətlərinə yanvar-mart aylarında 6 milyon müraciət edilib

Baxış: 46 Tarix: 10-04-2025, 11:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-mart aylarında 6 milyon müraciət edilib.  Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 3,3 milyon dəfə istifadə edilib, 66 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.  

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.
 
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2025-ci ilin birinci rübündə Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 107 milyon olub.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi