lider-media.az

AMEA-nın 80 illiyi ilə əlaqədar elmi müəssisələrdə tədbirlər keçiriləcək

Baxış: 195 Tarix: 9-04-2025, 18:45

AMEA-nın 80 illiyi ilə əlaqədar elmi müəssisələrdə hansı tədbirlər keçiriləcək?


Bu barədə AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında bildirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının icrasına dair Humanitar Elmlər Bölməsinin Tədbirlər planı təsdiq edilib. AMEA-nın 80 illiyi ilə əlaqədar Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı”, “Azərbaycan dilçiliyinin tarixi” (Nəsimi adına Dilçilik İnstitutu), “Qobustanın daş kitabələrindən başlanan əlyazmaşünaslığımızın son 80 ili” (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindən AMEA-ya uzanan yolun yolçuları – Azərbaycan folklorşünasları” (Folklor İnstitutu), “Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” (Memarlıq və İncəsənət İnstitutu) mövzusunda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasına dair Tədbirlər planına təkliflərin hazırlanması üçün Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinə tapşırıq verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi