lider-media.az

İcma sədri: Qərbi Azərbaycanda 500-dən artıq qəbiristanlığın monitorinqini başa çatdırmışıq

Baxış: 128 Tarix: 9-04-2025, 17:02


“Sonuncu deportasiya zamanı Qərbi Azərbaycanda qalan 500-dən artıq qəbiristanlığımızın monitorinqini başa çatdırmışıq”.Bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, monitorinqlərin nəticələri dünya ictimaiyyətinə çatdırılıb, Ermənistan rəhbərliyindən, erməni separatçıları və şovinistlərindən bunların hesabı soruşulacaq. "Heç şübhəsiz, əcdadlarımız min illər ərzində həmin ərazilərdə yaşadıqları üçün zəngin mədəni irs yaradıblar. Təəssüf ki, ermənilər 200 il bundan əvvəl həmin ərazilərə köçməyə başladıqları ilk vaxtdan Azərbaycan izlərini, Azərbaycan mədəni irs nümunələrini məhv etmək və yaxud erməniləşdirmək siyasəti yeridiblər. Biz təbii ki, Qərbi Azərbaycandakı mədəni irsimizin monitorinqinin keçirilməsi, onların vəziyyətinin aşkarlanıb ortaya qoyulması ilə bağlı UNESCO-ya, hətta Ermənistan rəhbərliyinin özünə də müraciət etmişik. Ermənistan rəhbərliyi buna heç bir halda icazə vermir. Amma Qərbi Azərbaycan İcması olaraq onların bu mövqeyi ilə razılaşmalı deyilik. Mədəni irs nümunələrinin monitorinqlərini aparırıq və bu yaxında yeni çəkilişlərimiz oldu", - deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi