lider-media.az

FHN-in Aran Regional Mərkəzi təlim keçirib

Baxış: 324 Tarix: 9-04-2025, 12:48

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi tərəfindən “Fövqəladə hadisələr zamanı yanğın-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.Təlimə Aran Regional Mərkəzi və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin şəxsi heyəti və texnikaları cəlb olunub. Təlim şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və peşə qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilib. Təlim zamanı şərti olaraq hündürmərtəbəli binada yanğın nəticəsində vətəndaşın köməksiz vəziyyətdə qalması ilə əlaqədar yanğın-xilasetmə əməliyyatı simulyasiya edilib. Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi