lider-media.az

DSMF Sinqapurda keçirilən beynəlxalq müsabiqədə növbəti uğura imza atıb

Baxış: 285 Tarix: 9-04-2025, 12:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq uğura imza atıb. Fond “GovInsider” qurumunun (Sinqapur) keçirdiyi “Festival of Innovation Awards 2025” beynəlxalq müsabiqəsinin qalibərindən biri olub və Xüsusi Qeydli Mükəmməllik Sertifikatı ilə təltif edilib.     

Mükafat DSMF-yə 14 ölkədən 700-dən çox nümayəndənin iştirakı ilə Sinqapur şəhərində təşkil olunmuş Beynəlxalq İnnovasiyalar Konfransında təqdim olunub. 

Fond bu mükafata son illər sosial sığorta və sosial təminat sahəsində ölkəmizdə aparılan islahatlar, sosial idarəçilikdə çeviklik və xidmət keyfiyyətinin artırılmasına görə layiq görülüb.  

DSMF-nin adı qurumun rəsmi veb səhifəsindəki qaliblər siyahısına daxil edilib. (https://govinsider.asia/intl-id/event/festival-of-innovation-awards-2025) 

Konfransda dövlət sektorunun transformasiyasına dair interaktiv sessiyalar keçirilib, ölkələrin bu istiqamətdə müəyyən etdikləri hədəflər haqqında fikir mübadiləsi aparılıb. 
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi