lider-media.az

Suqovuşan və Sarıcalıdakı məktəblərdə dərslər başlayıb - Fotolar

Baxış: 582 Tarix: 9-04-2025, 11:18

suqovusan-ve-saricalidaki-mekteblerde-dersler-baslayib

Ağdərə rayonu Suqovuşan və Ağdam rayonu Sarıcalı kənd tam orta məktəblərində tədris prosesinə başlanılıb., Ağdərə rayonu Suqovuşan kənd tam orta məktəbi 144 şagird yerlikdir.

Məktəbdə 12 sinif otağı, kitabxana, fizika -kimya laboratoriyası, yeməkxana, akt zalı və inzibati heyət üçün iş otaqları var.

Ağdam rayonu Sarıcalı kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. 14 sinif otağı olan məktəbdə tədris prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Bununla yanaşı, məktəblər üçün nəzərdə tutulan ərazidə idman meydançası inşa olunub, oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi