lider-media.az

TDT-nin üzv ölkələrin səhiyyə nazirlərinin V iclası çərçivəsində işgüzar görüş və Qazaxıstanın bir sıra aparıcı tibb mərkəzləri ilə tanışlıq baş tutub

Baxış: 27 Tarix: 9-04-2025, 10:39

a group of people sitting at a table with microphones

Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının paytaxtında Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclası keçirilir. Tədbir çərçivəsində iştirakçılar Qazaxıstanın aparıcı tibb mərkəzləri olan Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzinin, Milli Elmi Onkologiya Mərkəzinin və Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Tibb Mərkəzinin Xəstəxanasının fəaliyyəti ilə tanış olublar.

Görüşdə Təcili Tibbi Yardım üzrə Milli Əlaqələndirmə Mərkəzinin fövqəladə hallar zamanı operativ cavab tədbirlərinin əlaqələndirilməsi, sanaviasiya xidmətlərinin inkişafı, təcili tibbi yardımın monitorinqi, tibbi evakuasiya sahəsində müasir texnologiyaların tətbiqi barədə məlumat verilib. Eyni zamanda, Milli Elmi Onkologiya Mərkəzi onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin qabaqcıl üsulları ilə tanınan Qazaxıstanın ən böyük ixtisaslaşmış tibb mərkəzidir. Bundan əlavə, Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Tibb Mərkəzinin Xəstəxanası dövlət qulluqçularına ixtisaslaşmış və yüksək texnologiyalı tibbi yardım göstərən tibb müəssisəsidir.

A group of men in medical attire and masks are engaged in conversation in a hospital setting.
Süreyya Ayhan et al. posing for a photo

TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə “Mərkəzi Asiya – Vərəmdən azad” təşəbbüsünün irəli sürülməsi” mövzusunda subregional görüş keçirilib. Tədbirdə Mərkəzi Asiya ölkələrində vərəmin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əldə olunan nailiyyətlər və mövcud problemlər barədə məlumat verilib.

A panel discussion featuring four speakers at a World Health Organization event focused on achieving a TB-free Central Asia.

A group of seven individuals stands together, holding awards, in front of a backdrop promoting a TB-Free Central Asia initiative.

Həmçinin tədbir çərçivəsində biznes tərəfdaşların iştirakı ilə “TDT ölkələrində səhiyyəyə investisiyaların cəlb edilməsi” mövzusunda işgüzar görüş keçirilib. Görüş zamanı səhiyyə sahəsində mövcud vəziyyət və bu sektora investisiyaların cəlb edilməsi, o cümlədən Türk dövlətləri vətəndaşlarının həyat keyfiyyətinin və sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş layihələrin birgə həyata keçirilməsi yolları müzakirə edilib.

a man in a suit and tie
Kemal Memisoglu et al. posing for a photo

Daha sonra Qazaxıstanın Əczaçılıq və Tibbi Avadanlıq Sərgisi ilə tanışlıq olub.

a group of people in suits
A group of four individuals in formal attire, engaged in conversation at an event, with banners in the background.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi