lider-media.az

Azərbaycan və Böyük Britaniya parlament əməkdaşlığı qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir

Baxış: 87 Tarix: 8-04-2025, 09:16

Aprelin 7-də Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə  ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Manla görüşüblər.

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşdə Azərbaycanla Böyük Britaniya arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə də dərinləşəcəyinə inamını ifadə edib.

Söhbət zamanı deputat Asim Mollazadə iki ölkə arasında əməkdaşlığın tarixinə və gələcək perspektivlərinə toxunub. Deputat bildirib ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqlarını insan haqları, azadlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa davam edəcək.

Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Man görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Bildirilib ki, Azərbaycan və Böyük Britaniya parlament əməkdaşlığı qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi