lider-media.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyində daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi keçirilib

Baxış: 252 Tarix: 7-04-2025, 19:45

Cari ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsabiqə mərhələlərində yüksək nəticə əldə edərək dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni işə qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib.

İlk dəfə daimi dövlət qulluğuna qəbul edilən gənc əməkdaşlar “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına sadiq olacaqlarına, ölkəmizin Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə və Vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi