lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin 150-ci Assambleyası çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Baxış: 264 Tarix: 7-04-2025, 13:42

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasında Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Rusiya arasında bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Federasiya Şurasının sədri cari ildə ölkəmizə səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb. Söhbət zamanı, həmçinin parlamentlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə nəzər salınıb, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi