lider-media.az

Şəhidimizin doğum günüdür

Baxış: 232 Tarix: 7-04-2025, 13:41

Şəhid Mirsalam Təvəkkül oğlu Cəfərov 1994-cü il aprelin 7-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Burada həkim, feldşer fakültəsini gizirlik kursunda bitirib. 2016-cı ilin aprel ayında isə Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mirsalam Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Şəhid hərbçimizin atası Təvəkkül Cəfərovun sözlərinə görə, Mirsalamın hərbçi olmaq arzusu hələ uşaq yaşlarından olub. Gənclərin çağırışaqədərki hazırlıq fənnindən isə həmişə əla qiymət alıb. Rayonlararası keçirilən “Şahin” hərb oyunlarında məktəbini, komandasını qalib edən gizirin hələ məktəbdə olan zaman sərrast atıcılıq, yaralı təxliyyəsi, şərti düşmən arxasında gizli tapşırıqlar yerinə yetirmək qabiliyyəti onu hərbçi olmağa həvəsləndirib.

“Mirsalam mənim kiçik oğlumdur. Həmişə deyirdi ki, ata sən niyə hərbçi olmadın? Hərbçi olmaqdan şərəfli nə var ki? O, uşaq vaxtı qohumlardan, qonşulardan kim hərbi xidmətdən gəlirdisə, tez onun formasını alıb geyinirdi. Necə deyərlər, niyyətin hara, mənzilin də ora... Hərbi məktəbi tibb sahəsi üzrə gizir kimi bitirəndən sonra dedi ki, ata mən Bakıda işləmək istəmirəm, cəbhə bölgəsində işləyəcəm. Elə oldu ki, sonradan onu təhsilini təkmilləşdirmək üçün Türkiyəyə apardılar. Həmin vaxt o, Xüsusi Təyinatlı Qüvvələrdə işləyirdi. Getdi orada da fərqləndi. Türkiyədə də yarışlarda qrup birincisi olub, gələndən 8 ay sonra da arzusuna çatdı - cəbhəyə göndərdilər…”, - deyə T. Cəfərov qeyd edib.
Şəhidin anası Qızxanım Cəfərova isə, Mirsalamın ən böyük arzusunun hərbçi olmaqla yanaşı, həm də şərəfli ölüm olduğunu bildirib: “Elə hey deyirdi ki, ana mən küçəmizin yollarını düzəltdirəcəm. Elə bir şəkildə öləcəm ki, dillərə dastan olacam. Elə də oldu… Sonbeşiyim, gözümün nuru, dizimin taqəti balam hər istəyinə olduğu kimi, bu arzusuna da çatdı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi