lider-media.az

Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşüb

Baxış: 366 Tarix: 7-04-2025, 13:24

Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşüb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

S.Qafarova Özbəkistan liderinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. Görüşdə Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinin aktual məsələləri müzakirə edilib. İqtisadi Əməkdaşlıq İli çərçivəsində birgə həyata keçirilən səmərəli iş qeyd olunub. Bildirilib ki, ticarət dövriyyəsinin həcmi artır, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq layihələri aktiv fazadadır.

Bundan əlavə, mütəmadi olaraq mədəni-humanitar tədbirlər keçirilir. Tərəflər razılaşmaların icrasına nəzarət və yüksək səviyyəli gələcək sammitlər üçün yeni təkliflərin hazırlanması məqsədilə parlamentlər xətti ilə sıx qarşılıqlı fəaliyyətin və aktiv mübadilələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi