lider-media.az

Şanlı Aprel döyüşlərinin ildönümü ərəfəsində İkinci Şahsevən kəndində şəhid Ayaz Hüseynovun məzarı ziyarət olunub

Baxış: 383 Tarix: 5-04-2025, 14:45

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aparatın məsul nümayəndələri,şəhidin ailə üzvləri, qazilər və veteranlar ilə birlikdə 2016-cı il aprel döyüşləri zamanı düşmən təxribatının qarşısının alınması zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri Ayaz Hüseynovun məzarını ziyarət etdi.
 
Şəhid Hüseyniv Ayaz Ələkbər oğlu 1991-ci ildə Beyləqan rayonunun II Şahsevən qəsəbəsində anadan olub. 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də Ayaz Hüseynov, doğulduğu Beyləqan rayonunun II Şahsevən qəsəbəsində son mənzilə yola salınıb. Ayaz Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi