lider-media.az

ABŞ hərbçiləri 70-dən çox İran PUA-sını zərərsizləşdirib

Baxış: 436 Tarix: 14-04-2024, 10:12

ABŞ ordusu İranın İsrail istiqamətində atdığı 70-dən çox PUA və ən azı 3 ballistik raketini zərərsizləşdirib.

Lider-media.az xəbər verir ki, bu barədə "CNN" amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Onlardan biri ballistik raketlərin Aralıq dənizinin şərqində hərbi gəmilər tərəfindən vurulğunu bildirib.

Başqa bir rəsmi şəxs bildirib ki, pilotsuz uçuş aparatlarının tutulması və vurulmasında ABŞ qırıcıları da iştirak edib.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin sözlərinə görə, İran İsrailə ümumilikdə 100-dən çox ballistik raket atıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi