lider-media.az

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin Pirallahı rayonu üzrə yekun mərhələsi keçirildi

Baxış: 271 Tarix: 5-04-2025, 11:19

4 aprel 2025-ci il tarixdə 186 nömrəli tam orta məktəbin akt zalında Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda  referat yazı müsabiqəsinin Pirallahı rayonu üzrə yekun mərhələsi keçirildi. Tədbirdə Bakı Şəhəri və  Pirallahı Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, müsabiqədə iştirak edən şagirdlər, onların elmi rəhbərləri, məktəb direktorları, mədəniyyət işçiləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid ailələri, müəllimlər və məktəblilər iştirak etdilər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitab sərgisinə baxış keçirildi. Daha sonra dövlət himnimiz səsləndirildi, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev müsabiqənin əsas məqsədinin məktəblilər arasında keçmişimizə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığını aşılamaq olduğunu qeyd etmişdir. Natiq rayon ərazisində fəaliyyət göstərən məktəblərin müsabiqədə fəallıq göstərdiyini, 6 ümumtəhsil müəssisəsindən 28 şagirdin müsabiqədə iştirak etdiyini, referatların kodlaşdırılaraq Azərbaycan-dili, ədəbiyyat və tarix müəllimlərinin iştirakı ilə yoxlanıldığını, daha sonra şagirdlərin təqdimat bacarıqlarına baxıldığını, yüksək nəticələr göstərən 16 şagirdin yekun rayon turunda iştirak etmək hüququ qazandığını bildirmişdir.
Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Mirtural Mirsultanov çıxış edərək məktəblilər arasında keçirilən referat yazı müsabiqəsinin əhəmiyyətini vurğulamış, şagirdlərə qarşıdakı mərhələdə müvəffəqiyyətlər arzulamışdır. M.Mirsultanov bildirmişdir ki, belə tədbirlərin keçirilməsi böyüməkdə olan gənc nəsilə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliği istiqamətində müsbətyönlü addımlardan biridir.
 Daha sonra şagirdlər hazırladıqları referatları konfrans iştirakçılarına təqdim etmişdir.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi