lider-media.az

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Baxış: 463 Tarix: 4-04-2025, 20:50

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti aprelin 5-i gündüz və 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Naxçıvan MR, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Şirvan, Şamaxı, Siyəzən, Quba, Qusar, Şabran, Xaçmaz, Goranboy, Göygöl, Gəncə, Naftalan, Mingəçevir, Göyçay, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Sabirabad, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Zaqatala, Balakən, Qax, Lənkəran, Astara, Cəlilabad və Masallıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Xızı, Daşkəsən, Zəngilan, Kəlbəcər, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi