lider-media.az

FHN-in Mülki müdafiə qoşunlarında çoxnövçülük idmanı üzrə birincilik keçirilib

Baxış: 7 Tarix: 4-04-2025, 20:47

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığının təşkilatçılığı ilə 2025-ci ilin hazırlıq planına əsasən Mülki müdafiə qoşunlarının (MMQ) hərbi hissələri arasında çoxnövçülük idmanı üzrə birincilik keçirilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafı sahəsində görülən böyük işlərdən danışıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildiriblər.

MMQ-nin Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilən yarışda ümumilikdə 40 idmançı iştirak edib. 100 və 1000 metrə qaçış, daşqaldırma və turnikdə dartınma növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Gərgin keçən yarışda komanda hesabında birinci yeri Quba komandası, ikinci yeri Bakı komandası, üçüncü yeri isə Şirvan komandası tutub.

Şəxsi göstəricilərə görə leytenant Renad Qurbanov birinci, baş çavuş Nurlan Sadıqov ikinci, çavuş Cavanşir Fərzəliyev üçüncü yerə layiq görülüb.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi