lider-media.az

İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülüb

Baxış: 63 Tarix: 4-04-2025, 18:59

İcbari Sığorta Bürosu “Hüquqi Şəxslərin İttifaqı” (İSB) nüfuzlu “The BOLD Awards” beynəlxalq müsabiqəsinin qalibi olub. İSB-nin  innovasiya, texnologiya və rəqəmsal sənaye üzrə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilərək mükafatlara layiq görülüb.

İSB 2024-cü ilin oktyabrında “The BOLD Awards” beynəlxalq proqramında 3 kateqoriya üzrə müsabiqədə iştirak etmək üçün təşkilatçılara müraciət ünvanlayıb. 4 meyar (şəffaflıq, təsir dərəcəsi, əhatə dairəsi və insan faktoru) üzrə aparılmış qiymətləndirmə nəticəsində İSB-nin təqdim etdiyi layihələr hər 3 nominasiya üzrə finalçılar sırasına daxil edilib.

Portuqaliyanın Lissabon şəhərində keçirilən tədbirdə münsiflərin qərarı və ictimai səsvermə əsasında İSB-nin İT layihələri “Boldest InsurTech”  və “Boldest SaaS” nominasiyaları üzrə birincilik qazanıb. 

Hər il keçirilən “The BOLD Awards” proqramında rəqəmsal sənayeyə əsaslanan 33 kateqoriya üzrə fərdi şəxslər, startaplar və şirkətlər iştirak edir. Kateqoriyalar süni intellekt, blokçeyn, robototexnika, səhiyyə texnologiyaları, sığorta texnologiyaları, metakainat, proqram təminatı xidməti (SaaS), kosmik texnologiyalar, təhsil texnologiyaları və digər sahələri əhatə edir. “The BOLD Awards” proqramı üzrə 2024-cü ilə qədər 5 müsabiqə təşkil olunub. Müsabiqələrdə iştirakçıların innovasiya və texnologiyaların inkişafına verdiyi töhfələr qiymətləndirilir. 

Qeyd edək ki, bununla da İSB  son 1 ildə beynəlxalq proqramlardan qazandığı mükafatların sayını 5-ə çatdırıb.

2024-cü ildə İSB Böyük Britaniyada keçirilmiş “Global Insurtech Awards” proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb. Müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında İSB-nin informasiya sistemi birincilik əldə edərək  “Best Customer Engagement Software”  mükafatını qazanıb. “Best Embedded Insurance Provider” və “Insurtech of the Year”  mükafatları üzrə ikincilik isə İSB-nin inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək səmərəliliyi nəzərə alınaraq verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi