lider-media.az

Nazirlikdə Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş

Baxış: 187 Tarix: 4-04-2025, 16:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) İnsan və Sosial İnkişaf sektoru ofisinin direktoru Sofia Şakilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. 

Ötən dövrdə AİB-lə birgə icra olunan layihələrin müsbət nəticələrini qeyd edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsinin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. 

Ölkəmizdə son illər aparılan sosial islahatların, DOST Konsepsiyasının və sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işlərinin uğurları barədə  nümayəndə heyətinə  məlumat verilib. İcra olunan aktiv məşğulluq proqramları, əmək bazarının tələblərinə uyğun olaraq işçi qüvvəsinin bacarıqlarının artırılması sahəsində aparılan işlər, bu sahədə hədəflər qeyd edilib. 

S.Şakil ötən dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsindən məmnunluğunu bildirib. Görüşdə AİB-lə əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi