lider-media.az

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Baxış: 27 Tarix: 4-04-2025, 11:28

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Qambiya Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Qoy bu mübarək bayram Sizə, ailənizə və qardaş Azərbaycan xalqına bol ruzi-bərəkət, əmin-amanlıq, firavanlıq və mənəvi rifah gətirsin.

Ramazan bayramı mənəvi təfəkkür, sədaqət, şəfqət bayramıdır, eləcə də imanımızı gücləndirmək, Uca Yaradandan mərhəmət diləmək və bəşəriyyətə xidmət etmək öhdəliyimizi yeniləmək üçün mühüm məqamıdır. Bu müqəddəs bayram münasibətilə bütün müsəlman ümmətinə Allahın sonsuz mərhəmətini diləyirəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı bildirir, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 Adama Barrou

Qambiya Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi