lider-media.az

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Baxış: 146 Tarix: 4-04-2025, 10:38

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar Rayon İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbrdə FHN-in Muğan Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının, İcra Hakimiyyətinin məsul işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

“Dəyirmi masa”da çıxış edənlər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələbləri barədə ətraflı məlumat veriblər.

Tədbirdə Muğan Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, bu istiqamətdə icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı səmərəli fəaliyyətin vacibliyindən danışılıb.

Tədbirdə Muğan RM-nin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib, suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi