1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi. 1992-ci ildə yaranmağa başlayan Milli Ordumuzun ilk zabitlərindən biri də Rəfael oldu. O, 1992-ci il may ayının 23-də Qarabağa - döyüş bölgəsinə göndərildi. Ermənilər xarici havadarlarına arxalanaraq işğalçılıq siyasətini davam etdirir. Moskvadakı ermənipərəst qüvvələr, xüsusilə Mixail Qorbaçov daşnak quldurlara dəstək verir, Azərbaycana qarşı başlanan müharibəyə göz yumurdular.
Leytenant Rəfael Həbibov hərbi texnikanın sirlərini mükəmməl bilir, müxtəlif döyüş əməliyyatlarının həyata keçirilməsində yaxından iştirak edirdi. O, Təzəkənd, Narıştar, Zod, Ala Qaya, Çərəktar, Ağdaban, Çaraq kəndləri uğrunda gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişdi.
Rəfael Həbibov heyəti ilə birlikdə Kəlbəcər döyüşlərində ermənilərin RDM-24 tipli zirehli maşınını sıradan çıxarmış, qızğın döyüşlər zamanı ağır yaralanmışdır.
7 iyul 1992-ci ildə leytenant Rəfael Həbibovun sinəsi düşmən gülləsinə tuş gəldi. O, Şirvan şəhərindəki qəbiristanlıqda dəfn edildi. Həbibov Rəfael Şərafət oğlu 1964-cü il aprelin 4-də Şirvan şəhərində dünyaya göz açmışdı. 1981-ci ildə 14 saylı orta məktəbi bitirmiş, sonra isə hərbi xidmətə yollanmışdır. Əsgəri borcunu yerinə yetirdikdən sonra təhsilini Kaunas Gizirlər məktəbində davam etdirmişdi. Sonra gənc zabit kimi təyinatla Kutaisi ətrafındakı hərbi hissələrin birinə, 1986-cı ildə isə Əfqanıstana göndərilmişdi. Burada gedən döyüşlərin birində yaralansa da, müalicədən sonra yenə hərbi hissəyə qayıtmışdı. Döyüşlərdə göstərdiyi rəşadətə görə medallara, fəxri fərmanlara layiq görülən Rəfael 1988-ci ildə Bakıya qayıtmış, Qarabağ uğrunda gedən ölüm-dirim savaşına qoşulmuşdu. Rəfael Həbibovun adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb...
Rəfael Şərafət oğlu Həbibov Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-ci il tarixli 202 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb