lider-media.az

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik

Baxış: 119 Tarix: 3-04-2025, 20:40

Möhtərəm İlham Heydər oğlu.

Sizi Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müsəlmanlar üçün mühüm əhəmiyyətə malik bu bayram müqəddəs Ramazan ayının başa çatmasını simvolizə edir və İslam dünyasında ən çox ehtiram göstərilən bayramlardan biridir. Bu bayram insanları mənəvi kamilliyə, mərhəmətə və şəfqətə dəvət edir.

Ramazan bayramı müxtəlif etnik və dini qruplar arasında qarşılıqlı anlaşmaya və əməkdaşlığa töhfə verərək insanları birləşdirir. Bu bayram millətlərarası həmrəyliyin möhkəmləndirilməsində və mədəni müxtəlifliyə hörmətin artırılmasında mühüm rol oynayır. Siz bu dəyərləri dövlətçilik fəaliyyətinizdə daim dəstəkləyirsiniz.

Azərbaycan Respublikasının inkişafı, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və sabitliyin möhkəmləndirilməsi istiqamətində gördüyünüz işlər dərin hörmət və heyranlıq doğurur. Siz öz xalqınıza sədaqət və liderlik nümunəsi göstərirsiniz və bu, heç şübhəsiz, ölkənizin rifahına töhfə verir.

Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar, ölkənizə və xalqınıza davamlı sülh, harmoniya arzulayıram.

Hörmətlə,

 İrina Viner

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının

Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi