lider-media.az

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Baxış: 166 Tarix: 3-04-2025, 19:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik

Zati-aliləri.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Qoy Ulu Tanrı müqəddəs ayda gördüyümüz bütün xeyirxah işlərimizi qəbul etsin və bu mübarək bayram əmin-amanlığımızı, xoşbəxtliyimizi artırsın. Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərləri əks etdirən bu bayram hər bir evə səadət və hüzur gətirsin, qardaş xalqlarımıza isə sülh və firavanlıq bəxş etsin.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə davamlı tərəqqi və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Sadır Japarov

Qırğız Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi