lider-media.az

Xalq artisti Tünzalə Ağayeva autizmli uşaqlarla görüşdü - VİDEO

Baxış: 169 Tarix: 3-04-2025, 11:11

Hər zaman sosial layihələrdə iştirak edən Xalq artisti Tünzalə Ağayeva bu dəfə də ənənəsinə sadiq qalıb.

Lider-media.az xəbər verir ki, pop ulduz 2 aprel “Dünya Autizm Məlumatlandırma günü”ndə autizmli uşaqlarla görüşüb. O, qəhrəmanlarımızla birlikdə vaxt keçirib, mahnılar ifa edib. Müğənni onlarla birlikdə illər öncə Murad Ariflə birgə yaratdığı “Fərqliyəm, sizdən biriyəm” mahnısını oxuyub.

Xalq artisti səmimi görüş haqqında bunları söyləyib: “Mən artıq uzun illərdir autizmli uşaqlarla dostluq edirəm. Aytən Eynalovanın yaratdığı “Birgə və sağlam” ictimai birliyinin nəzdində autizmli uşaqların mərkəzi yaradılıb və illərdir ki, uşaqlar orada təlimlər alıb doğru yolda inkişaf edirlər. Bir səfir kimi ictimai yerlərdə olub onların sözünü, səsini çatdırmağı özümə daim borc bilmişəm və bundan sonra da bacardığım qədər onların yanında olacağam”.

Sözügedən görüntüləri təqdim edirik:

https://youtube.com/shorts/51TZlap2FBc?si=F8HBz8LbAcnWNGl7


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi