lider-media.az

Rusiyada fəaliyyət göstərən İslam Biznesi Beynəlxalq Assambleyasının prezidenti Marat Kabayevdən

Baxış: 285 Tarix: 3-04-2025, 16:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli İlham Heydər oğlu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizi və yaxınlarınızı təbrik edirəm. Uca Allah hamımızın bütün dualarını, oruclarını, sədəqə və zəkatlarını qəbul etsin, öz mərhəmətini bizdən əsirgəməsin, gələcək illərdə də bizə Ramazan ayını rifah, sağlamlıq, sülh və əmin-amanlıq şəraitində başa çatdırmağı nəsib etsin. Ramazandan sonra bütün insanların həyatı yalnız yaxşı istiqamətdə dəyişsin. Ulu Tanrı, həmçinin Fələstindəki qardaşlarımıza da kömək olsun, orada sülh və əmin-amanlığı bərqərar etsin.

Sizə və doğmalarınıza Allahın rəğbətini və sonsuz bərəkətini arzulayıram. Amin!

Ən xoş arzularla və xeyirxah dualarla,

Marat Kabayev

Rusiyada fəaliyyət göstərən İslam Biznesi

Beynəlxalq Assambleyasının prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi