lider-media.az

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

Baxış: 242 Tarix: 3-04-2025, 16:03

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və düşüncəsini nurlandıran, onları birlik, mənəvi saflıq və əxlaqi dəyərlərə dəvət edən mübarək aydır. Bütün İslam aləmi, o cümlədən Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən bu müqəddəs bayram Türk Dövlətləri Təşkilatının əsas prinsiplərindən olan birlik, sülh və qardaşlıq dəyərlərini təşviq edir.

Bu əlamətdar bayram münasibətilə Zati-alinizə və dost, qardaş Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və rifah diləyirəm.

Dərin hörmətlə,

Kubanıçbek Ömüralıyev

Türk Dövlətləri Təşkilatının Baş katibi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi