lider-media.az

Mərkəzi Elmi Kitabxanada növbəti dəfə “Açıq qapı” günləri keçirilib

Baxış: 188 Tarix: 3-04-2025, 13:17

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) hər ayın ilk iki iş günündə təşkil olunan ənənəvi “Açıq qapı” günlərinin budəfəki qonaqları millət vəkili Ceyhun Məmmədov, Gənclərin Səsi Könüllü Platformasının üzvləri, alimlər, tələbələr olub. MEK-lə tanışlığa Sərgi salonundan başlayan qonaqlar burada Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələrə və ilboyu davam edən “100 yaşlı kitabxana”, “AMEA-80” adlı, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində sərgilənən nəşrlərə baxış keçiriblər. Bundan əlavə, kitabxananın Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, Qarabağ müharibəsi qəhrəmanları və Nadir kitablar fondları, Oxu zalları ilə tanış olublar.

 

Mərkəzi Elmi Kitabxananın Rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.ü.f.d. Oruc Quliyev və elmi katib Şəbnəm Rüstəmova onları ətraflı məlumatlandıraraq suallarını cavablandırıblar.

 

İştirakçılar bu cür tədbirlərin gənclərdə elmə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi